1
1
mirror of https://github.com/swaywm/sway synced 2025-07-12 11:54:18 +02:00
sway/README.az.md
2025-07-09 16:57:14 +02:00

2.1 KiB
Raw Permalink Blame History

sway

sway i3-ə uyğun Wayland kompozitorudur. Tez-tez verilən sualları oxuyun. IRC kanalına qoşulun ("irc.libera.chat"-da #sway).

Buraxılış İmzaları

Buraxılışlar E88F5E48 ilə imzalanıb və GitHub-da dərc edilib.

Quraşdırma

Paketlərdən

Sway bir çox distributivdə mövcuddur. Öz distributiviniz üçün "sway" paketini quraşdırmağa çalışın.

Mənbə kodundan kompilyasiya

Test və ya inkişaf üçün sway və wlroots-un HEAD-ini qurmaq istəyirsinizsə, bu viki səhifəsini nəzərdən keçirin.

Asılılıqları quraşdırın:

  • meson *
  • wlroots
  • wayland
  • wayland-protocols *
  • pcre2
  • json-c
  • pango
  • cairo
  • gdk-pixbuf2 (ixtiyari: sistem trayı üçün əlavə şəkil formatları)
  • swaybg (ixtiyari: divar kağızı)
  • scdoc (ixtiyari: man səhifələri) *
  • git (ixtiyari: versiya məlumatı) *

* Kompilyasiya asılılıqları

Bu əmrləri icra edin:

meson build/
ninja -C build/
sudo ninja -C build/ install

Konfiqurasiya

Əgər artıq i3-dən istifadə edirsinizsə, i3 konfiqurasiyanızı ~/.config/sway/config ünvanına köçürün və o, dərhal işləyəcək. Əks halda, nümunə konfiqurasiya faylını ~/.config/sway/config ünvanına köçürün. O, adətən /etc/sway/config ünvanında yerləşir. Konfiqurasiya haqqında məlumat üçün man 5 sway əmrini icra edin.

İşə Salma

TTY-dan sway-ı işə salın. Bəzi ekran menecerləri işləyə bilər, lakin sway tərəfindən dəstəklənmir (gdm-in kifayət qədər yaxşı işlədiyi məlumdur).